Cəlilabadda qadın qaynı tərəfindən qətlə yetirildi - YENİLƏNİB

Bu gün Cəlilabad rayonunda iki qardaşın yaşadığı evdə baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.
Avtosfer.az xəbər verir ki, cinayət hadisəsi Cəlilabadın Alar kəndində qeydə alınıb.
Belə ki, 41 yaşlı Təhmasib Əliyev qardaşı Firdovsi Əliyevin həyat yoldaşı 62 yaşlı Rəviyyə Nərimanovanın həyatına son.
İlkin məlumata əsasən, Təhmasib yatmış vəziyyətdə olan Rəviyyəyə zərbələr endirərək, onu öldürüb.
Qadının yaxınlarının bildirdiyinə görə, qardaşlar arasında bir müddətdir mülk üstündə narazılıqlar başlayıb. Hər iki qardaşın yaşadığı evin kimə mənsub olması mübahisəyə çevrilib. Son günlər Təhmasib qardaşı arvadı Rəviyyəni təhdid edirmiş. Rəviyyə özü bunlarla bağlı Biləsuvar rayonunun İsmətli kəndində yaşayan qohumlarına xəbər verərək həyatından narahat olduğunu vurğulayıb.
Təhmasib və onun böyük qardaşı Firdovsi birgə mal-qara alveri ilə məşğul olublar. Həmin gün Firdovsi bazara yola düşəndən az sonra, səhərə yaxın qətl hadisəsi baş verib. T.Əliyevin qardaşı arvadını yatdığı yerdə öldürdüyü bildirilir.
Həmçinin mərhumun yaxınlarının sözlərinə görə, ailələr həm də bir-birilərinə ikitərəfli qohumdurlar. Yəni qətli törətməkdə şübhəli bilinən Təhmasibin bacısı, Rəviyyənin qardaşının həyat yoldaşıdır.
Qeyd edək ki, qətldə şübhəli bilinən Təhmasib Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Cəlilabad Rayon Prokrorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
***11:17
Cəlilabad rayonunda qətlə yetirilənin şəxsiyyəti bilinib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, o 1963-cü il təvəllüdlü Tərbiyə Nərimanovadır. Onu qayını Təhmasib Əliyevin qətlə yetirdiyi bildirilir.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.
***
Cəlilabad rayonunda qətl hadisəsi olub.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Alar kəndində baş verib.
Belə ki, kənd sakini olan qadın qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Avtomobil satışı adı altında dələduzluq - 32 yaşlı şəxs saxlanıldı
İmişlidə açıq ərazidə və sexdə yanğın olub
“Nissan” və “Land Rover”i zərgərlik mağazasına çırpıb qarət etmək istədilər - VİDEO
Cəlilabadda qadın qətlə yetirilib - Şübhəli şəxs axtarılır - VİDEO
Oğurladığı 10 min manatla brend mağazalardan alış-veriş edən şəxs saxlanıldı – VİDEO
Park edilmiş avtomobillərin arasından yola qaçan qadın riskli vəziyyət yaratdı - VİDEO
Yasamalda hərəkətdə olan “Changan” qəfil alışdı - FHN müdaxilə etdi - VİDEO
Piyada keçidi ola-ola yolu maşınların arasından keçdilər - VİDEO
Uşaqların tədbirində hava şarı qopdu, 3 nəfər xəsarət aldı - VİDEO
Avtobusda yaşanan insident sərnişin davranışını gündəmə gətirdi
Kafedə dava edib yolda avtomobilə hücum etdilər - Hər üçünə həbs verildi










