Cinayət işinə "xitam vermək" üçün cinayət etdi

Cəllilabad rayonunda oğlunu həbsdən azad etdirmək ata dələduzluqla üzləşib. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Cəlilabad rayon sakini Daməddin Səhrədovun oğlu Sədrəddin Sərhədov şəxsi zəmində baş vermiş münaqişəyə görə cinayət məsuliyyətinə cəlb edilib. Daməddin Səhrədov cinayət işinə xitam verilərək oğlunu həbsdən azad etdirmək istəyib. O, tanışı Təbriz Hüseynbəli vasitəsi ilə Elnur adlı şəxslə tanış olub. Təbriz həmin şəxsin bu işdə ona kömək edəcəyini deyib. O, Elnura üst-üstə 7 230 manat pul verib. Lakin Daməddin Sərhədovun oğlunun problemi həll edilməyib. Vətəndaş hüquq-mühafizə orqanlarına müarciət edib. Elnur saxlanılıb və ona dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin məhkəmənin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Cinayət işinin məhkəmə istintaqı Cəlilabad Rayon Məhkəməsində aparılıb. Elnur məhkəmə özünü verilmiş ittiham üzrə qismən təqsrili sayıb. O, məhkəməyə ifadəsində dolayısı ilə Təbriz Hüseynbəylini ittiham edib. Zərəçəkmiş isə pulu Elnura verdiyini deyib. Məhkəmə zamanı o da aydın olub ki, dəymiş ziyan ödənilib. Bununla belə, məhkəmə Elnura 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Onun ev dustaqlığında saxlanıldığı 7 ay 28 gün 1 günə 2 gün hesabı ilə verilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












