Çoxmərtəbəli binadakı yanğında xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalan şəhərində yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ondördmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 40 kvadratmetr olan birotaqlı mənzilin mətbəxində paltaryuyan, qaz sobası və 3 perimetr mətbəx mebeli yanıb. İki nəfər xəsarət alıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 20 nəfər bina sakini təxliyə olunub.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
***09:00
Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Xırdalan şəhərində yanğın hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
***
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtbəli yaşayış binasında yanğın başlayıb.
Avtosfer.az xəbər verir ki, hadisə yaşayış komplekslərinin birində baş verib.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Sumqayıtda məşhur su kanalına yenə zibil atırlar - FOTO
TIR-ın kabinində qəribə hadisə: sürücünün ayağı sükanın arasında sıxışdı – VİDEO
Bakıda uşaq skuterlə maşın yoluna çıxaraq təhlükə yaradıb - VİDEO
Qırmızı işıqda keçən piyada hələ sürücüyə “dərs” də verdi - VİDEO
Bakıda 6 dost gecə 4-də dəhşət yaşayıb - Biri öldü - FOTO
Azərbaycanda ZƏLZƏLƏ OLUB
ADMİU-da birinci kurs tələbələrinə qarşı zorakılıq: Rəhbərlik hərəkətə keçdi – VİDEO - YENİLƏNİB
Bakıda şok hadisə: Nəhəng ilanla taksiyə minmək istədi - VİDEO
Bakıda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Qumbara partlayışı nəticəsində ölən Xədicə idmançı imiş - FOTO
Etibarnamə ilə maşın aldı, başına iş gəldi











