"Crocus"dakı terrora görə SAXLANILAN VAR - FOTO

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və İstintaq Komitəsinin (İK) əməkdaşları tərəfindən ölkə ərazisində qadağan edilmiş və terrorçu təşkilat kimi tanınan "Batal-Hacı Belxoroyev" dini cərəyanının silahlı qanadının fəal üzvü ələ keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin İnquşetiya üzrə istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, respublikanın 54 yaşlı sakininə qarşı terror fəaliyyətinə kömək etmə maddəsi ilə cinayət işi başlanıb. İstintaqın məlumatına görə, 2025-ci ilin yanvar ayında təqsirləndirilən şəxs Rusiyada qadağan olunmuş terror qruplaşmasının üzvü olaraq, axtarışda olan yerli sakinlərə yardım göstərib. Saxlanılan Həsən Altemirov əslində "Crocus City Hall"a hücum edən terrorçuların əlbirliyini edib.

Məhz o, qruplaşma rəhbərlərinin göstərişi ilə axtarışda olan ən azı üç "Batal-Hacı" təriqəti üzvünü saxta pasportlarla təmin edib. Müstəntiqlər onların arasında konsert zalına hücumda iştirak edən terrorçuları yoldaşları ilə birlikdə silahlandıran Batır Kulayevin adını xüsusi vurğulayırlar. Kulayev Altemirovun ona verdiyi saxta sənəddən istifadə edərək xaricə qaçıb və hazırda da axtarışdadır. İstintaq Komitəsindən bildirilib ki, sözügedən şəxs əvvəllər də "digər cinayətlər" törətməkdə şübhəli bilinərək saxlanılıb. Altemirov barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, terror aktı 2024-cü ilin martında baş verib. Silahlı terrorçular "Piknik" qrupunun çıxışından əvvəl konsert zalına daxil olaraq tamaşaçılara atəş açıblar. Hadisə nəticəsində 600-dən çox insan xəsarət alıb, 149 nəfərin isə həyatını xilas etmək mümkün olmayıb. Dəyən maddi ziyanın təxminən altı milyard rubl olduğu qiymətləndirilir.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












