Daha bir təyyarə qəzası - HAMI ÖLDÜ

Avstraliyanın Kvinslend ştatında, Brisben şəhərinin cənubundakı kənd ərazisində yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Avtosfer.az xəbər verir ki,“Beech Bonanza” tipli təyyarə Arçerfild hava limanından havaya qalxdıqdan təxminən 10 dəqiqə sonra Stokli ərazisində yerləşən şəxsi mülkə düşüb.
Qəza nəticəsində pilot və sərnişin həlak olub. Təyyarənin düşdüyü ərazidə böyük yanğın baş verib.
Hakimiyyət orqanlarının məlumatına görə, təyyarənin qalıqları geniş əraziyə səpələnib, yanğın isə təxminən 300x400 metrlik sahəni əhatə edib. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub. Alov yaxınlıqdakı evə çatmadan söndürülüb və yaşayış evinə ziyan dəyməyib.
Polis bildirib ki, ilkin mərhələdə təyyarənin uçuş zamanı hansı səbəbdən qəzaya uğradığı məlum deyil.
Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu qəzanın səbəblərini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












