Davada döyülən 41 yaşlı kişi öldü

Zaqatalada dava zamanı döyülərək xəstəxanaya yerləşdirilən 41 yaşlı İsgəndər Musayev bir həftə sonra ölüb.
Avtosfer.az xəbər verir ki, oktyabrın 20-dən 21-ə keçən gecə reanimasiya şöbəsinə yerləşdirilən İsgəndər Musayevə bütün tibbi yardımlar göstərilib. Bütün bunlara baxmayaraq o, bir həftə sonra ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib. Baş vermiş hadisə ilə bağlı rayonun hüquq-mühafizə orqanlarının həyata keçirdiyi araşdırmalarla məlum olub ki, İsgəndər Musayevi Yuxarı Tala kəndi ərazisində tanışları, Hafiz Hacıyev və Rasim Abbasov döyüblər.
İsgəndər Musayevi döyməkdə şübhəli bilinən Hafiz Hacıyev və Rasim Abbasov hadisə yerini tərk ediblər. Hazırda onların tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












