Dərya qarpızdan zəhərlənməyib - Rəsmi açıqlama - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Bakıda 20 yaşlı Dərya Namiz qızı Ağayeva ağır vəziyyətdə çatdırıldığı xəstəxanada vəfat edib. Onun qarpızdan zəhərləndiyi iddia olunurdu.
Qida Təhlükəsizliyi Agentliyindən Avtosfer.az-a bildirilib ki, qida zəhərlənməsi ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb.
“Bəzi xəbər saytlarında Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi 22 ünvanından ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilmiş Saatlı rayon sakininin “qida zəhərlənməsi” (qarpız) səbəbindən vəfat etməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb.
Belə ki, məsələ ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. Zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər”, - Agentlikdən bildirilib.
TƏBİB-dən isə qeyd olunub ki, iyunun 7-də 20 yaşlı şəxs (qadın cinsli) qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.
***10:48
Bakıda gənc qız zəhərlənmədən vəfat edib.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyunun 7-si saat 05 radələrində baş verib.
Belə ki, sübh vaxtı Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib.
D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib.
Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər.
Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib.
Faktla bağlı araşdırmalar aparılır.
Bakıda maşında qadın DÖYÜLDÜ
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR
Bakıda yaşayış binasında yanğın olub - VİDEO
Boşanmaq üzrə olduğu arvadına silahla atəş açdı - VİDEO
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO










