Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər? - VİDEO

Əsirlikdən azad olunan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının ona xəsarət yetirdiyini iddia edir.
Avtosfer.az xəbər verir ki, Kürdoğlu Əsgərov Gencexeber.az-a müraciətində hadisənin Şəmkir rayonunun Çinarlı kəndində baş verdiyini bildirib.
K.Əsgərovun sözlərinə görə, atası onun yaşadığı evə gələrək mülk məsələsinə görə 15 min manat pul tələb edib. Daha sonra isə avtomobilində olan dəmir parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək xəsarət yetirib.
O əlavə edib ki, hadisədən əvvəl avtomobilində atasının yazdığı bir qeyd də tapıb. Qeyddə ayın sonuna qədər 13 min manat pul tələb edildiyi yazılıb.
Qeyd edilib ki, ata ilə oğul arasındakı münaqişəyə Şəmkirdəki ev səbəb olub. Kürdoğlu Əsgərovun sözlərinə görə, atası həmin evdən pay tələb edib. O, hadisəyə dair görüntüləri də yayıb. Görüntülərdə ata-oğulun həyətdə mübahisə etdiyi, D.Əsgərovun əlində küt alət olması diqqət çəkir.
K.Əsgərov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, vətəndaşın müraciəti əsasında Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, izahatı alınıb və müvafiq ekspertiza təyin edilib: “Təyin olunan ekspertizanın rəyindən və aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Xatırladaq ki, tərəflər arasında daha əvvəllər də oxşar münaqişələr baş verib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












