Direktor niyə məktəbə gəlmir? - Valideyn və müəllimlər narazıdır

Füzuli rayonu Babı kəndində yerləşən şəhid Marks Hacıyev adına orta məktəbin bir qrup valideyn və müəllimi direktor İsrafil Əliyevdən narazıdırlar.
Avtosfer.az xəbər verir ki, bu barədə valideynlər “Qafqazinfo”ya müraciətlərində bildiriblər.
Onların sözlərinə görə, 2026-cı ilin fevralın əvvəllərində başlayan narazılıqların səbəbi direktorun öz adına rəsmiləşdirilmiş dərs saatlarını tədris etməməsi, məktəbə gəlmədən həm müəllim, həm də direktor kimi əməkhaqqı alması, eləcə də məktəbə verilmiş kompüter və printeri təhsil ocağından aparması ilə bağlı iddialar olub: “Həmin vaxt etiraz etmişdik. Daha sonra Füzuli Təhsil Sektorunun müdiri Ramella Məmmədova və digər məsul şəxslər müəllim kollektivi ilə görüş keçiriblər. Görüş zamanı direktorun dərslərə davam etmədən aldığı əməkhaqqının tutulması, həmçinin rəhbər kimi üzərinə düşən vəzifələri icra etmədiyinə görə işdən azad olunması tələbləri səsləndirilib. Sektor müdiri tərəfindən bildirilib ki, məktəb direktoruna yol verdiyi nöqsanları aradan qaldırması üçün müəyyən vaxt veriləcək, bu müddət ərzində vəziyyətdə dəyişiklik olmadığı təqdirdə isə onun işdən azad olunması məsələsinə baxılacaq”.
Şikayətçilərin sözlərinə görə, həmin müddətdən dörd aya yaxın vaxt keçməsinə baxmayaraq, İsrafil Əliyev yenə də dərslərə davamlı şəkildə gəlmir: “O, bir ay müddətinə xəstəlik vərəqəsi açdırır, daha sonra qısa müddət – təxminən 5-10 gün məktəbə gəldikdən sonra yenidən xəstəlik vərəqəsi götürür. İsrafil müəllimin aylarla məktəbə gəlməməsinə baxmayaraq, ona qarşı hər hansı tədbir görülmür. Bu vəziyyət isə məktəb kollektivi və valideynlər arasında narazılığın davam etməsinə səbəb olur və İsrafil müəllimin bu statusunu nə ilə qoruduğu barədə suallar doğurur”.
İddialarla əlaqədar Qarabağ Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Füzuli rayonu Marks Hacıyev adına Babı kənd tam orta ümumtəhsil məktəbinin direktoru İsrafil Əliyev hazırda səhhətində yaranmış problemlərlə əlaqədar ambulator müalicədə olmaqla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə bülletendədir. Qeyd edirik ki, səsləndirilən iddialarla bağlı araşdırma aparılacaq”.
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO










