Banner

Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO

Hadisə 10 Oktyabr 2026 18:00
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonunun Masazır kəndində, Yeni Bakı yaşayış massivində dörd avtomobil yanıb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın əvvəlcə "Mercedes" markalı avtomobildə başlayıb, daha sonra alov yaxınlıqda dayanan digər nəqliyyat vasitələrinə keçib.

Sakinlərdən biri hadisənin səhər saatlarında güclü partlayış səsinə bənzər səslə başladığını bildirib: "Bir səs gəldi, elə bildim raket atdılar. Bir də baxdım ki, maşınlar yanır".

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun digər avtomobillərə keçməsinin qarşısı alınıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

YouTubehttps://www.youtube.com/watch?v=6VIqCJ9A0Lw

 

***12:24

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış komplekslərindən birinin həyətində avtomobillərdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “Mercedes”, “Lada” və “Hyundai” markalı minik avtomobillərinin yanar hissələri, həmçinin “Renault” markalı minik avtomobili qismən yanıb. Yüksək temperaturun təsirindən “Baic” markalı minik avtomobilinin arxa işığı qismən əriyib.

***09:24
Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb.

Avtosfer.az xəbər verir ki, hadisə Yeni Bakı yaşayış massivində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb./baku.vs

bax.tvhttps://player.bax.tv/embed/227719.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

 

Oxunub : 1688
ŞƏRH YAZ
Ad

E-mail

Şərh