Dubay və Şarcaya aviareyslərdə ləngimələr var - BƏƏ-də həyəcan siqnalı verilir

"Flightradar24" xidməti sərnişinləri BƏƏ-də Dubay və Şarca istiqamətindəki uçuşlarda ehtimal olunan gecikmələr barədə xəbərdar edib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq məlumat servisin sosial şəbəkə hesablarında paylaşılıb. "Hazırda Dubay və Şarcaya yönələn aviareyslərdə ləngimələr müşahidə edilir. Hava hücumundan müdafiə qüvvələrinin davam edən fəaliyyəti barədə məlumatlar daxil olur", - deyə bildirişdə qeyd olunur. BƏƏ-yə uçan bir neçə təyyarənin istiqaməti dəyişdirilərək Omana yönləndirilib. Buna baxmayaraq, Şarca və Dubay hava limanlarının onlayn cədvəllərinə əsasən, əksər reyslərin gedişi və gəlişi qrafikə uyğun aparılır. Gün ərzində Dubay rəhbərliyi yerli əhalini və turistləri raket təhlükəsi ehtimalı barədə bir neçə dəfə xəbərdar edib. Əbu-Dabi rəhbərliyi də raket təhlükəsi barədə elan verərək, sakinlərdən və qonaqlardan küçəyə çıxmamağı, həmçinin təcili yardım və xilasetmə xidmətlərinin sonrakı göstərişlərini gözləməyi xahiş edib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












