Elektrik stansiyasında partlayış: 10 ölü, 40 yaralı

Hindistanın Çhattisqarh ştatında özəl elektrik stansiyasında qazanın partlaması nəticəsində azı 10 nəfər ölüb, 40 nəfər yaralanıb.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Sakti rayonunun Sinqhitarai kəndindəki Vedanta elektrik stansiyasında baş verib. İlkin məlumata görə, partlayış elektrik stansiyasının qazan borusunda təxminən işçilər nahar fasiləsində olarkən baş verib.
Partlayışdan dərhal sonra hakimiyyət orqanları xilasetmə işləri aparmaq üçün polislər, yanğınsöndürənlər, təcili yardım və fəlakətlərin idarə olunması bölmələri hadisə yerinə cəmləyib. Bəzi işçilərin partlayış baş verən yerdə qaldığı ehtimal olunur. Yaralılar müalicə üçün yaxınlıqdakı xəstəxanalara aparılıb. Yerli hökumət rəsmilərinin sözlərinə görə, yaralılardan bəzilərinin vəziyyətinin kritikdir.
Qeyd edək ki, Hindistan istehsal müəssisələrində texnogen fəlakətlər tez-tez baş verir. Bunun da əsas səbəbləri təhlükəsizlik standartlarına məhəl qoyulmamasıdır.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












