Elman Paşayevin oğlu həbs edildi

Azərbaycanlı keçmiş vəkil Elman Paşayevin oğlu Elvin Paşayev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.
Avtosfer.az REN TV-yə istinadən xəbər verir ki, o, bu ilin fevralında Rusiyada həbs edilib.
Sənədlərə əsasən, cinayət işi 2025-ci ilin oktyabrında qətl maddəsi ilə başladılıb. 2026-cı ilin yanvar və fevral aylarında materiallar bir neçə dələduzluq işi ilə birləşdirilib.
Adı açıqlanmayan mənbənin məlumatına görə, cinayət işi Moskvada mənzil sahibinin itkin düşməsi və ölü tapılması ilə bağlıdır. Sonradan Elvinin atası Elman Paşayevin həmin mənzillə bağlı qanunsuz əməliyyatlar icra etdiyi iddia olunur. Ümumilikdə iş üzrə 8 nəfər həbs edilib. Elvin Paşayev isə dələduzluqdan əlavə, qətldə də ittiham olunur.
Xatırladaq ki, sabiq vəkil Elman Paşayev 2024-cü ilin sentyabrında Moskvada saxlanılıb. Rusiya İstintaq Komitəsi Paşayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ilə (xüsusilə külli miqdarda dələduzluq) cinayət işi açıldığını, onun 300 min dollar (təxminən 510 min AZN) və 18,5 milyon rubl (təxminən 435 min AZN) qarşılığında bloqer Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyini bildirib. O, sentyabrın 18-i Moskvada istintaq təcridxanasına göndərilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












