Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş - FOTO - YENİLƏNİB

Goranboyda 33 yaşlı Elvin Aslanov öldürülüb, şübhəli şəxs kimi isə onun atası saxlanılıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, E.Aslanov valideynlərinin mübahisəsi zamanı həlak olub.
İlkin ehtimala əsasən, ailə münaqişəsi zəminində düşən dava zamanı 57 yaşlı Şahin Aslanov həyat yoldaşına bıçaqla xəsarət yetirmək istəyib. Bu zaman araya girən oğlu Elvin bıçaq zərbəsinə tuş gəlib və aldığı xəsarətdən dünyasını dəyişib.
Qətlə yetirilən E.Aslanovun fitnes klub rəhbəri olduğu bildirilir.
***
Goranboyda atası tərəfindən qətlə yetirilən şəxsin görüntüləri əldə edilib.
Avtosfer.az Ajans.az-a istinadla həmin görüntüləri təqdim edir:


***
Goranboy rayonunda qətl hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.
İlkin məlumata əsasən, 1969-cu il təvəllüdlü Ş.Aslanov münaqişə zəminində yaşadığı evdə oğlu Elvin Aslanova kəsici alətlə xəsarətlər yetirib. Aldığı xəsarətlərdən E.Aslanov hadisə yerində ölüb..
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












