Əri süpürgəçi qadını 8 Martda ona verilən güllərə görə qətlə yetiribmiş...

Bakıda 59 yaşlı həyat yoldaşı Şəhla Hüseynovanı qətlə yetirən və məhkəmənin hökmü ilə 9 il azadlıqdan məhrum edilən İlham Hüseynovun törətdiyi cinayətin təfərrüatı bəlli olub. Mənzil Kommunal İstismar Sahəsində süpürgəçi işləyən arvadını öldürən şəxs əməlini qısqanclıqla əsaslandırıb. Yoldan keçənlərin qadına pul verməsi və 8 Martda bağışlanan gül onda şübhə yaradıb. Avtosfer.az “Xitab24.az”a istinadən xəbər verir ki, araşdırma zamanı həmin gülü qadına işlədiyi ərazidəki gül mağazasının əməkdaşlarının bayram münasibətilə verdiyi ortaya çıxıb. Məhrumun qızına göndərdiyi səsli mesajlar təzyiqləri üzə çıxarıb. Yaşlı vaxtında əri tərəfindən mütəmadi güdüldüyünü deyən qadın, yardım edənlərə görə həyat yoldaşının iş yerində yanında dayandığını bildirib. Şübhələrdən əl çəkməyən İlham Hüseynov kirayə qaldıqları evdə arvadına 10 bıçaq zərbəsi vurub. Həbsdə olan oğullarının yanına gedib tezliklə görüşəcəklərini deyən şəxs, hadisədən sonra polis bölməsinə yollanaraq təslim olub.
Qətl törədən şəxsin hər iki övladının narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbsdə olduğu bildirilir.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












