Erkən evliliyin qarşısı alınıb

Naxçıvanda erkən evliliyin qarşısı alınıb.
Bu barədə Avtosfer.az-a Naxçıvan Muxtar Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən xəbər verilib. Qeyd olunub ki, komitə tərəfindən erkən nikahla mübarizə istiqamətində tədbirlər davam etdirilir. 04.05.2000-ci il təvəllüdlü Şahbuz rayon Gömür kənd sakini A.C (ad və soyad şərtidir) tərəfindən 08.08.2008-ci il təvəllüdlü Şahbuz rayonu Gömür kənd sakini yetkinlik yaşına çatmayan şəxs Z.A (ad və soyad şərtidir) qaçırılaraq erkən evliliyə cəhd ediblər.
Həmin məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı və Şahbuz Rayon İcra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin yaşadığı ünvana baxış keçirilib, valideynləri ilə qanunamüvafiq söhbətlər aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.
Beləliklə də, aid təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən evliliyin qarşısı alınıb.
Aidiyyəti dövlət orqanları ilə birlikdə tərəfimizdən həyata keçirilən müvafiq proseslərdən sonra yetkinlik yaşına çatmayan şəxs Z.A (ad və soyad şərtidir) ailəsinin yanına qaytarılıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












