Ev almaq üçün yığılan 1 kiloqram qızıl zibilə atıldı

Türkiyənin Bursa şəhərində bir ailənin illərlə ev almaq üçün topladığı təxminən 1 kiloqram qızıl ehtiyatsızlıq nəticəsində zibil qutusuna atılıb.
Avtosfer.az xəbər verir ki, ailə başçısı oğurluq təhlükəsindən ehtiyat edərək qızıl zinət əşyalarını köhnə paltarlara büküb, adi qara torbaya qoyaraq gizli yerdə saxlayıb.
Lakin bundan xəbəri olmayan həyat yoldaşı evdə təmizlik apararkən torbanı lazımsız əşya hesab edərək küçədəki zibil konteynerinə atıb.
İtkinin dəyərinin 6,13 milyon lirə, yəni hazırkı məzənnə ilə 133 min dollardan çox olduğu bildirilir.
Hadisə ilə bağlı polis və bələdiyyə xidmətləri məlumatlandırılıb. Hüquq-mühafizə orqanları torbanın hansı istiqamətə aparıldığını müəyyən etmək üçün ərazidəki müşahidə kameralarının görüntülərini araşdıracaq.(musavat.com)
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












