Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş - VİDEO

Ağcabədi rayonunun Aşağı Avşar kəndində 24 yaşlı gəncin elektrik cərəyanı vurması ilə bağlı yeni təfərrüat məlum olub.
Avtosfer.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Vəli Süleymanov kabel xəttinin üstündən keçən yüksəkgərginlikli elektrik xəttini nəzərə almayıb və nəticədə həyatını itirib.
Hadisə zamanı kabel çəkilişi ilə məşğul olan Vəli Süleymanovun yaxını baş verənlərlə bağlı bunları qeyd edib:
"Başının üstündən cərəyan gedib, onu görməyib, dəyib. Yəni heç kimin burada heç bir günahı yoxdur".
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
***19:15, 29 iyun
Ağcabədidə 24 yaşlı Vəli Süleymanov elektrik cərəyanı vurması nəticəsində vəfat edib.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, faciəvi şəkildə həlak olan gənc məşhur mərhum gitara ifaçısı Nofəl Süleymanovun ögey qardaşıdır.
Xatırladaq ki, Nofəl Süleymanov bir neçə il əvvəl ailə faciəsi nəticəsində həyatını itirib. Belə ki, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanovun adına qeydiyyatda olan ov tüfənginin patronlarını boşaldarkən ehtiyatsızlıqdan atəş açılıb. Açılan atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan Nofəl Süleymanovun kürək nahiyəsinə dəyib. O, aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












