Gecə vaxtı yolu qaçaraq keçən gənc qəza şəraiti yaratdı - VİDEO

Paytaxtda piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri demək olar ki, hər gün qeydə alınır və bu qəzaların bir qismi ölümlə nəticələnir. Qeydə alınan hadisələrdə piyadaların payı az deyil. Xüsusilə yolu müəyyən olunmamış yerlərdən keçən, yaxınlaşan nəqliyyat vasitələrini nəzərə almayan şəxslər həm öz həyatlarını ciddi risk altına qoyur, həm də sürücülər üçün qəfil təhlükəli vəziyyət yaradır.
Belə hallardan biri Ziya Bünyadov prospektinin köməkçi yolunda müşahidə edilib. Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 24-də saat 20:42 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, gənc oğlan günün qaranlıq vaxtında yolu müəyyən olunmamış hissədən qaçaraq keçməyə cəhd edib. Bu zaman o, həm özünü, həm də həmin ərazidə hərəkətdə olan sürücüləri təhlükə ilə üz-üzə qoyub.
Görüntülərdən aydın olur ki, piyada sürücülərin siqnal səslərinə baxmayaraq hərəkətini davam etdirib.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












