Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı - YENİLƏNİB

Gədəbəydə 34 il əvvəl öldürülən Şahbaz Məmmədovun qətlinin təfərrüatları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 1992-ci ildə qətlə yetirilmiş Şahbaz Məmmədovun meyiti Gədəbəy rayonunun Çayrəsullu ərazisində aşkar edilib. Həmin vaxt hadisənin hansı səbəbdən törədilməsi barədə məlumat olmayıb və ailə üzvləri də şikayətçi qismində çıxış etməyiblər.
Bir neçə gün əvvəl polis əməkdaşları Ş.Məmmədovun döyülərək öldürülməsi barədə məlumat alıb və araşdırmalara başlanılıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Şahbaz Məmmədovun oğlu tərəfindən ağac parçası ilə döyülərək öldürülməsinə şübhələr yaranıb.
1967-ci il təvəllüdlü Polad Şahbaz oğlu Məmmədov saxlanılıb.
***16:09
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma davam etdirilir.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












