Gəlin qayının qızıllarını oğurlayaraq, atasına satdırdı

Qayının evindən qızlları oğurlayıb, atasına satdıran gəlinə hökm oxunub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1996-cı il təvəllüdlü F.T. adlı qadına Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb. Rayonların birində ailə quraraq gəlin köçən F.T. adlı qadın qayının evindən 3000 manat dəyərində qızılları oğurladığı üçün saxlanılıb.
6 aylıq övladı olan F.T. qayının evindən oğurluq etməsinin səbəbini valideynlərinin imkansız olması ilə əlaqələndirib. O, atasını qızılların özünə məxsus olduğuna inandıraraq satdırıb. Pulunu isə valideynlərinə xərcləyib. Məhkəmənin qərarı ilə F.T. barəsində 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Qadın cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












