Gəlinini öldürməkdə təqsirləndirilən qayınatanın məhkəməsi başladı

Maştağa qəsəbəsində gəlnini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən ilk prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Ağanəbi Əliyev barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib.
Növbəti iclas sentyabrın 18-nə təyin edilib.
Xatırladaq ki, hadisə 2025-ci ilin mayında Maştağa qəsəbəsinin Nəriman Nərimanov küçəsi 71, ev 62 ünvanında baş verib. 66 yaşlı Ağanəbi Əliyev 33 yaşlı gəlnini – Dürdanə Əliyevanı bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilir. Hadisənin tərəflər arasındakı mubahisə zamanı işlədilən sərt ifadələr nəticəsində törədildiyi bildirilir.
Onu da qeyd edək ki, qətlə yetirilən Dürdanə Əliyeva üç azyaşlı övladı var.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda CM-nin 120.1-ci maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












