Gəmi batdı, dənizə “iPhone” “yağdı” - Qayıqlarla toplayırlar - FOTO - VİDEO

İranın hücumundan sonra Hörmüz boğazında konteyner gəmisi batıb.
Avtosfer.az xəbər verir ki, hadisədən sonra dənizin üzərində üzən “iPhone” telefonlarını və digər bahalı malları əks etdirən görüntülər yayılıb.
Ərəb mediasının yaydığı kadrlarda suya səpələnmiş konteynerlər və kiçik qayıqlarda əşyaları toplamağa çalışan şəxslər görünür. Qayıqlardan birinin “iPhone” qutuları ilə dolu olduğu bildirilir.
“Reuters”in dənizçilik sektorundakı mənbələrə istinadən yaydığı məlumata görə, Sinqapur bayrağı altında üzən, 2824 konteyner tutumuna malik “GFS Pride” gəmisi hücum nəticəsində batıb. Sinqapur tərəfi gəmidə yanğın baş verdiyini və 21 nəfərlik heyətin hamısının xilas edildiyini təsdiqləyib.
İran isə gəminin icazəsiz şəkildə təhlükəli marşruta daxil olduqdan və minaya dəydikdən sonra batdığını bildirib.
Məlumata görə, Hörmüz boğazında son günlər daha iki gəmi hücuma məruz qalıb. Müharibə başlayandan bəri boğazda gəmilərin batması nadir hallarda qeydə alınıb.
Səudiyyə Ərəbistanının məlumatına görə, dənizdə “iPhone”larla yanaşı, bahalı ətirlər və digər mallar da üzür. Onların batmış “GFS Pride” gəmisindən düşdüyü ehtimal edilir.

Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












