Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO

Bilgəh yolunda yol hərəkəti qaydalarını pozan piyada avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 2-də saat 11:39 radələrində qeydə alınıb.
Belə ki, gənc qadın sürət həddinin 90 km/saat olduğu yolda piyada keçidi olmayan yerdən qaçaraq keçib.
Bu zaman o, həm öz həyatını təhlükəyə atıb, həm də yaxınlaşmaqda olan avtomobil üçün qəza şəraiti yaradıb. Sürücü piyadanı son anda görərək sağa manevr edib və toqquşmanın qarşısını alıb.
Qeyd edək ki, piyadalar yolu keçərkən müəyyən olunmuş piyada keçidlərindən istifadə etməli, yolu keçməzdən əvvəl nəqliyyat vasitələrinə qədər olan məsafəni və onların sürətini düzgün qiymətləndirməlidirlər. Xüsusilə yüksək sürət həddi olan yollarda qəfil hərəkət etmək ağır nəticələrə səbəb ola bilər.
Nərmin
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












