Gənc qadın pomidor turşusundan zəhərləndi - YENİLƏNİB

Goranboyda pomidor turşusundan zəhərlənən 24 yaşlı qadının son durumu açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, 03.04.2025-ci il tarixində saat 02:10 radələrində 2001-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər, botulizm şübhəsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib.
Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
***09:30
Goranboyda 24 yaşlı qadın zəhərlənib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Xoylu kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2001-ci il təvəllüdlü Xatirə Bayramova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Gənc qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, X.Bayramova yaşadığı evdə pomidor turşusu yedikdən sonra zəhərlənib.
Zəhərlənmə ilə bağlı araşdırma aparılır.(report)
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












