Gəncədə 5 yaşlı uşaq qıcolmadan öldü - YENİLƏNİB

27.01.2026-cı il tarixində saat 21:50 radələrində 2021-ci il təvəllüdlü şəxs (qadın) ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası, qıcolma və spazm diaqnozu təyin edilən, epilepsiya xəstəsi olan pasiyentin aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq saat 22:40 radələrində ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
***10:48
Gəncədə 5 yaşlı uşaq ölüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında baş verib.
Daşkəsən rayon sakini, 2021-ci il təvəllüdlü R. Ellazalıyeva qıcolma nəticəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Könül Rauf
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












