Gəncədə iki nəfər BIÇAQLANDI: Yaralıların vəziyyəti açıqlandı - YENİLƏNİB

Gəncədə baş verən bıçaqlanma zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, aprelin 6-da saat 04:20-də iki nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bud-çanaq nahiyəsinin açıq yarası və sağ döş qəfəsinin daxilə keçməyən kəsilmiş, deşilmiş yarası diaqnozları təyin olunub. Zəruri tibbi xidmətlər göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda vurğulanıb./oxu.az
***
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat verilib.
Qeyd olunub ki, biri Türkiyə vətəndaşı 22 yaşlı Mehmet Kaygusuz və 25 yaşlı şəxs naməlum şəraitdə bıçaqlanıblar.
O, bədənin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılaraq məsuliyyətə cəlb edilməsi üçün polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












