Gəncədə işə düzəltmə və təqaüd dələduzluğu

Dələduzluq cinayəti ilə bağlı daha bir məhkəmə istintaqı sona çatıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, cinayət hadisəsi Gəncə şəhərində baş verib.
Elşad adlı şəxs vətəndaşları işə düzəltəmək və təqaüdlərin bərpa edilməsi adı ilə aldadıb.
İttiham aktına görə, təqsirləndirilən şəxs zərərçəkmişlərdən birinə onu Gəncə Şəhər Nizami Rayon Məhkəməsində operator vəzifəsinə düzəldəcəyini deyərək bunun müqabilində 4500 manat alıb.
Bundan başqa, Elşad daha 9 nəfərə qarşı təqaüdlərin bərpası adı ilə dələduzluq əməli törədib. O, zərərçəkmişlərdən toplam olaraq 38 050 manat pul alıb.
Verdiyi vədi yerinə yetirmədiyinə görə zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət edib. Elşad saxlanılıb və daha sonra ona qarşı Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Gəncə Şəhər Məhkəməsində aparılıb.
Məhkəmə Elşadı verilmiş ittiham üzrə təqsirli bilərək ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Onun həsbdə saxlanıldığı 4 ay 16 gün müddət ona təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 1 ay 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












