Gəncədə məktəblilərin zəhərlənməsi ilə bağlı araşdırmalara başlanıldı - YENİLƏNİB

Gəncədə dönərdən zəhərləndiyi deyilən şagirdlər evə buraxılıblar.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, dekabrın 9-u saat 21:30-dan başlayaraq beşi kişi, üçü qadın cinsli olmaqla səkkiz nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət dına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar./oxu.az
***10:23
Gəncədə baş verən hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.
Bu barədə Avtosfer.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, dünən saat 21:30 radələrindən başlayaraq 8 nəfər (5 kişi cinsli, 3 qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
"Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
Qeyd edək ki, dünən Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri dönərdən zəhərləniblər.
***09:07
Gəncədə dönərdən zəhərlənən məktəblilərin kimliyi məlum olub.
Avtosfer.az xəbər verir ki, zəhərlənənlər 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.
Zəhərlənən şagirdlərin vəziyyətləri normaldır. Xatırladaq ki, zəhərlənən məktəblilər Gəncə şəhər M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri olub. Onlar dərsdən sonra zəhərləniblər. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
***
Gəncədə dönərdən zəhərlənmə hadisəsi olub.
Avtosfer.az xəbər verir ki, 7 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, zəhərlənən şəxslər Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləridir. Onlar dönər yedikdən sorna özlərini pis hiss ediblər.
Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO












