Gəncədə parkda 12 ağac niyə kəsilib? - FOTO

“Gəncə şəhərinin Fikrət Əmirov Parkında ağaclar mişarla məhv edilir”.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Gəncə şəhər sakini Ofeliya Davudqızı müraciət edib.
Vətəndaşın iddialarına görə, parkın müxtəlif hissələrində 12 ağac kəsilib: “Müvafiq qurumlara müraciət etsək də, buna göz yumulur. Diqqətçəkən məqam odur ki, ərazidə əsasən yaşıl və sağlam ağaclar kəsilib. Bu isə ictimaiyyətdə ciddi suallar doğurur”.
.jpg)
Şikayətçi qeyd edib ki, bunun hansı əsasla həyata keçirildiyi məlum deyil: “Ekologiyanın qorunmasının prioritet elan olunduğu bir dövrdə Gəncə şəhərində ən böyük parkın ərazisində yaşıllıqların bu şəkildə məhv edilməsi narahatlıq doğurur. Hadisənin hansı əsasla həyata keçirildiyi, ağacların kəsilməsi üçün müvafiq icazənin olub-olmaması isə bəlli deyil”.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki,
ərazidən götürülən ağaclar bioloji inkişafını başa vurub: “Ağacların götürülməsi müvafiq qurumun icazəsi əsasında həyata keçirilib. Eyni zamanda, ərazinin yaşıllaşdırılması istiqamətində işlər davam etdirilərək mövsümündə yeni ağaclar əkiləcək”.




Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












