Gəncədə qohumlar arasında DAVA: Yaralılar var - YENİLƏNİB

İyunun 3-də saat 02:40-da müxtəlif bədən xəsarətləri almış altı nəfər (dörd kişi, iki qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə hospitalizasiya olunub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Onlardan dörd nəfərinə Akademik Z.Məmmədov adına xəstəxanada, iki nəfərinə isə Abbas Səhhət adına xəstəxananın müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş hesab olunan beş nəfər ambulator müayinə üçün evə buraxılıb.
Hazırda 1980-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi isə Akademik Z.Məmmədov adına xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.
***10:14
Gəncə şəhərində qohumlar arasında baş verən insidentdə Göygöl sakini Ə.Alışanov kəsici alət xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Bununla bağlı Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs - 59 yaşlı Zakir Sadıqov saxlanılıb. Faktla bağlı Gəncə Baş Polis İdarəsində cinayət işi başlanıb.
Hazırda hadisənin motivləri və digər halların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
***09:07
Gəncədə qohumlar arasında mübahisə baş verib, yaralananlar var.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, mübahisə zəminində 1980-ci il təvəllüdlü Əli Alışanov bıçaqlanıb, daha sonra isə balta ilə xəsarət alıb.
Onun həyat yoldaşı Aynur Alışanova və 25 yaşlı oğlu Alim Alışanov isə döyülərək bədən xəsarətləri alıblar.
İlkin məlumata görə, onlar qudaları ilə aralarında yaranmış mübahisə zəminində yaralanıblar. 45 yaşlı Ə.Alışanovun vəziyyəti ağır qiymətləndirilir.
Həmçinin, mübahisə zamanı qarşı tərəfdən 1966-cı il təvəllüdlü Zakir Sadıqov və onun oğlu 1999-cu il təvəllüdlü Elşən Sadıqov da xəsarət alıblar.
Faktla bağlı araşdırma başlanılıb.
Cinayət törədib qaçan şəxslər qəzaya düşdülər – Biri tutuldu, o biri axtarılır - VİDEO
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin ADLARI - FOTO - VİDEO
İkinci əl avtomobil alanların diqqətinə; iki əzilmiş maşını kəsib bir maşın düzəldirlər - VİDEO
Qatarda qaz bombası partladan gənc 12 nəfəri yaraladı - FOTO
“Kontakt Home” yenə vətəndaşı aldatdı; görün müştəriyə nə satıblar – ŞİKAYƏT - VİDEO
Paytaxtın əsas küçələrindən birində avtomobil yanıb, böyük tıxac yaranıb - VİDEO
Ağdaşda 28 yaşlı qadın itkin düşüb - FOTO
Qəfil maşının qabağına çıxan piyada son anda ağır qəzadan qurtuldu - VİDEO
Xırdalanda gecəyarısı ağaclar məhv edilib üzəri betonlandı – ŞİKAYƏT - FOTO
Gəncin dişini qırdılar; polisdən kömək istəyəndə başına görün nələr gəldi - VİDEO
Cərimə meydançasında yanğın: 700-dən çox avtomobil yararsız hala düşdü - VİDEO










