Gəncədə şagird bıçaqlandı - Şübhəli məktəb yoldaşıdır - YENİLƏNİB

Gəncədə məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub.
Bu barədə Avtosfer.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, aprelin 29-da Gəncə şəhər 9 nömrəli məktəbin iki şagirdi arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb:
"Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, hər iki şagirdin valideynləri məktəbə dəvət ediliblər və onlarla profilaktik söhbət aparılıb.
Şagirdlərin fiziki, psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq, ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".
***11:23
Gəncədə məktəblilər arasında bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə 9 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Belə ki, iki məktəbli arasında yaranan mübahisə zamanı bir nəfər kəsici alətlə xəsarət alıb.
Məktəbin 9-cu sinif şagirdi, 2011-ci il təvəllüdlü A.S (ad şərtidir) kəsici-deşici alətlə yetirilən xəsarətlə xəstəxanaya yerləşdirilib.
Yaralıya dərhal ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
İlkin məlumata görə, yeniyetməyə xəsarəti həmin məktəbdə təhsil alan 8-ci sinif şagirdi yetirib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma başlanılıb./qafqazinfo
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












