Gəncədə təqaüd dələduzluğu

Gəncə şəhərində II qrup əlillik dərəcəsi almaq istəyən şəxs dələduzluqla üzləşib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, A.Abbasov II qrup əlil kimi təqaüd almaq üçün M.Məcidoğlu adlı şəxsə 2500 manat verib. Lakin həmin şəxs verdiyi vədi yerinə yetirməyib. Məlumatlara görə, M.Məcidoğlu başqa şəxslərə qarşı dələduzluq edib. Hüquq-mühafizə orqanlarına şikayətdən sonra M.Məcidoğlu saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham elan edilib. Eyni zamanda məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmənin hökmü ilə M.Məcidoğluna 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə saxlanıldığı 4 ay 23 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzrəində qəti olaraq 1 il 8 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












