Gömrükdən 280 milyonluq nəqliyyat vasitəsi keçirmək istənildi; qurum hərəkətə keçdi - RƏSMİ

Türkiyədə qaçaqmalçılığa qarşı keçirilən əməliyyatlar nəticəsində yüzlərlə nəqliyyat vasitəsi müsadirə olunub.
Avtosfer.az xəbər verir ki, Türkiyə Ticarət Nazirliyinin gömrük mühafizə qrupları 2026-cı ilin birinci rübündə həyata keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 233 qaçaqmal nəqliyyat vasitəsi aşkar edərək müsadirə edib.
Rəsmi məlumata görə, müsadirə edilən nəqliyyat vasitələrinin ümumi bazar dəyəri 280 milyon 533 min türk lirəsi(15 milyon 400 min manat) təşkil edir. Əməliyyatlar əsasən sərhəd keçid məntəqələri və limanlarda aparılan yoxlamalar zamanı həyata keçirilib.
Müsadirə olunan nəqliyyat vasitələri arasında 104 minik avtomobili, 48 yük maşını, 56 müxtəlif növ nəqliyyat vasitəsi və 25 tikinti texnikası yer alır. Bu vasitələrin ölkəyə müxtəlif üsullarla qanunsuz şəkildə gətirilməsinə cəhd edildiyi bildirilib.
Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, iqtisadi təhlükəsizliyin təmin edilməsi və qanuni ticarətin qorunması məqsədilə qaçaqmalçılığa qarşı mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.
Eltac Zülfüqaroğlu
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO












