Goranboyda partlayış zamanı boşaldılan kəndlərin sakinləri ilə bağlı AÇIQLAMA

Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış hadisəsi ilə əlaqədar rayon icra hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının operativ iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Goranboy Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, iclasda əhalinin təhlükəsizliyinin təmin edilməsi, sakinlərin yaşayış ünvanlarına təhlükəsiz şəkildə qaytarılması, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və görüləcək təxirəsalınmaz tədbirlər geniş müzakirə olunub.
İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, hadisə baş verən andan etibarən bütün aidiyyəti dövlət qurumlarının əməkdaşları operativ şəkildə hadisə yerinə gəlib, vəziyyət dərhal nəzarətə götürülüb.
Diqqətə çatdırılıb ki, vətəndaşların təhlükəsizliyi hər zaman əsas prioritet olub və bu istiqamətdə bütün zəruri tədbirlər görülüb. Risklərin tam qiymətləndirilməsindən, təhlükəsizliklə bağlı müvafiq qurumların və Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra sakinlərin yaşayış ünvanlarına mərhələli şəkildə qayıtmaları təmin ediləcək.
İclasda bildirilib ki, baş vermiş hadisə nəticəsində insan itkisi və xəsarət alan olmayıb.
Qeyd edək ki, gecə Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.



Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












