Göyçayda 14 il əvvəl törədilmiş qətlin üstü açıldı

Göyçay şəhəri, A.Faruq küçəsində yerləşən fərdi yaşayış evində 14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, 2012-ci ilin 21 dekabrında sözügedən ünvanda kişi meyitinin aşkar edilməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş əməliyyat məlumatları əsasında Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.
Araşdırmalarla evdə meyiti aşkar olunan 1932-ci il təvəllüdlü Rza Ağayevin qəsdən öldürülməsi müəyyən edildiyindən fakt üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İstintaq zamanı prokurorluq və polis əməkdaşları tərəfindən birgə həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri, o cümlədən meyitin ekshumasiyası, istintaq eksperimenti, ekspertiza rəyləri və toplanmış digər sübutlarla Ramilə Quliyevanın 20.12.2012-ci il tarixdə Rza Ağayevin pul vəsaitini ələ keçirmək məqsədilə onun yaşadığı evə gəlməsi, taxta parçası ilə baş nahiyəsinə və bədəninin müxtəlif hissələrinə qəsdən zərbələr vurmaqla sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin dəlillər əsasında Ramilə Quliyeva 26.05.2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO













