Gürcüstanda qətlə yetirilən Fatimənin xalası oğlu hava limanında TUTULDU - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamenti və Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Tbilisidə baş vermiş qətldə təqsirləndirilən şəxs Batumi Beynəlxalq Hava Limanında saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) məlumat yayıb.
Məlumata görə, saxlanılma Türkiyə və Azərbaycanın hüquq-mühafizə orqanları ilə sıx koordinasiya, həmçinin Gürcüstanın Türkiyədəki polis attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib.
İstintaqın məlumatına əsasən, təqsirləndirilən şəxs bu il iyunun 27-də Tbilisidə müvəqqəti yaşadığı mənzildə qohumuna həyatı üçün təhlükəli xəsarətlər yetirib. Zərərçəkən aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Polis hadisədən dərhal sonra həyata keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəlinin şəxsiyyətini operativ şəkildə müəyyən edib və onu axtarışa verib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bu il iyunun 27-də Azərbaycan vətəndaşı 21 yaşlı qız Fatimə Kərimova xalası oğlu tərəfindən Gürcüstana qətlə yetirilib.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu













