Həbs olunmamaq üçün ölümünü səhnələşdirdi - 14 il sonra belə tutuldu - VİDEO

Rusiya hüquq-mühafizə orqanları Həştərxan vilayətinin keçmiş mənzil nazirinin müavini Marianna Stupinanı 14 il əvvəl saxta ölüm sənədi ilə həbsdən qaçdıqdan sonra təsadüfən ələ keçirib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Stupina 2012-ci ildə korrupsiya və fırıldaqçılıq ittihamları ilə məhkum edilmişdi.
İstintaq məlumatına görə, Stupina həbsdən qaçmaq üçün inanılmaz plan qurub. O, Tatarıstan bölgəsində fiziki olaraq ona bənzəyən bir qadının cəsədindən istifadə edərək, saxta ölüm şəhadətnaməsi əldə edib. Həyat yoldaşı morqda gedərək, cəsədin Stupinaya aid olduğunu təsdiqləyib və hətta bədəndəki qeysəriyyə əməliyyatı çapığını Stupinaya məxsus iz kimi təqdim edib.
Saxta ölüm sənədinə əsasən, rəsmi olaraq ölmüş elan edilən Stupina başqa bir qadının pasportundan istifadə edərək, yeni ad altında gizli həyat sürüb. Araşdırmalar göstərir ki, bu müddət ərzində o, ailəsi ilə əlaqəsini heç vaxt kəsməyib. Qızının telefon qeydləri və həyat yoldaşının etirafları bu faktı təsdiqləyib.
Keçmiş nazir müavininin sağ olduğu qətl istintaqı zamanı ortaya çıxıb. Polis Stupinanın saxta adla gizləndiyini və əvvəlcə güman edilən qadının, əslində sağ olduğunu aşkar edib. Stupina gizləndiyi yerdə tutularkən istifadə etdiyi saxta sənədlər də ələ keçirilib.
Marianna Stupina artıq həm köhnə, həm də yeni ittihamlarla üzləşəcək. 2012-ci ildən bəri korrupsiya hökmü ilə yanaşı, ona qarşı “öz ölümünü saxtalaşdırmaq”, “dövlət qurumlarını yanıltmaq” və “sənədlərin saxtalaşdırılması” kimi yeni cinayət ittihamları irəli sürüləcək və keçmiş nazir müavini həbsxanaya göndəriləcək.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












