Həkimi aldadıb həbsə düşmüşdü - Atasını da oxşar ssenari ilə aldatdılar

Bakıda təsadüfən tanış olduğu şəxsi aldadaraq 112 200 manat pulunu ələ keçirən şəxsə hökm oxunub.
Avtosfer.az qafqazinfo-ya istiadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Şahmal Babayev (şərti) Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsilə təqsirli bilinib.
Məlum olub ki, İstanbulda Atatürk Universitetinin Tibb fakültəsində təhsil almış Şahmal Bakıda metronun “20 Yanvar” stansiyasının yaxınlığında kafedə olarkən təsadüfən Fətalı adlı şəxslə tanış olub.
Belə ki, Şahmalın masasına gün işığı düşdüyündən Fətalı onu öz masasına dəvət edib. Söhbət əsnasında Şahmal Fətalının 1998-ci il təvəllüdlü oğlu Şəxsət Səfərovun dələduzluq cinayətinə görə həbs edildiyini öyrənib. Fətalıda pul olduğunu bilən Şahmal ona oğlunu azadlığa buraxdıracağını vəd edib. Bu məqsədlə hissə-hissə olmaqla həbsdəki gəncin atasından 112 200 manat alıb.
Lakin sonradan Şahmalın heç bir iş görmədiyi üzə çıxıb. Həmçinin həbsdə olan Şəxsət 98 600 manatını aldadaraq ələ keçirdiyi tanınmış həkim-uroloq Elza Binnətova ilə barışıb və dəymiş zərəri ödəyəcəyinə dair müqavilə imzalayıb. Bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəxsətə şərti cəza verilib və o, azadlığa buraxılıb.
Fətalı isə külli miqdarda pulunu ələ keçirmiş Şahmaldan polisə şikayət edib. Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb və Şahmal həbs edilib.
Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Şahmal Babayev ifadəsində bildirib ki, Şəxsətin atasının şikayəti ilə həbs edildikdən sonra onların tapşırığı ilə təcridxanada bir qrup şəxsin hücumuna məruz qalıb.
O, 112 200 manat deyil, həmin məbləğin təxminən yarısı həcmində pul aldığını da iddia edib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahmala 7 il həbs cəzası verilib. Ona qarşı irəli sürülmüş mülki iddia da təmin edilib. Təqsirləndirilən şəxsdən 107 300 manatın tutularaq zərərçəkmiş tərəfə ödənilməsinə qərar verilib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












