Hərbi-Vətənpərvərlik Klubunun qəzada sağ qalan üzvünə hökm oxundu

Şabranda "Legion" klubunun üzvlərinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən sürücünün barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, prosesdə hadisədə təqsirləndirilən sürücü Kamil Talışinskiyə hökm oxunub. Məhkəmənin hökmü ilə K.Talışinski 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrum olunub.
İttihama görə, hadisə Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib. Kamil Talışinskinin idarə etdiyi "Ford Escape" markalı avtomobil yolda ötmə əməliyyatını həyata keçirərkən idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 1980-ci il təvəllüdlü Kamil Talışinski, 1999-cu il təvəllüdlü Əli Səfərov müxtəlif bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 2006-cı il təvəllüdlü İsbat Səlimov, 1966-cı il təvəllüdlü İlham Əliyev və 1979-cu il təvəllüdlü Məhərrəm Həsənov isə vəfat edib.
Hadisə nəticəsində ölən və xəsarət alanların hamısı keçmiş hərbçilər, "Legion" Hərbi-Vətənpərvərlik Klubunun üzvləri imiş. Onlar Nabran qəsəbəsinə istirahətə gedirlərmiş.
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












