Hesaba görə kafe sahibi ilə mübahisədə - 6 yaşlı oğlu başından zərbə aldı

Gəncədə kafedə azyaşlıya qarşı zorakılıq etmiş Nizami Məmmədov və oğlu Əjdər inzibati məsuliyyətə cəlb edilib.
Avtosfer.az xəbər verir ki, şəhər sakini Ş.Məhərrəmova Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə müraciət edərək N.Məmmədovdan şikayət edib.
O bildirib ki, şəhərin Poçt qəsəbəsində yerləşən kafedə hesabın məbləğinə görə oranın sahibi olan Nizami adlı şəxslə mübahisə edib. Bu zaman Nizami onları kafedən qovub və 2019-cu il təvəllüdlü oğlunun başına bıçağın dəstəyi ilə zərbə endirib.
Şikayətçi kafe sahibinin hadisə anı sərxoş halda olduğunu iddia edib.
Müraciətlə bağlı polis əməkdaşları kafeyə gəlib və bu zaman Nizami Məmmədovla oğlu Əjdər müqavimət göstərərək polisin qanuni tələbinə qarşı çıxıblar.
Saxlanılan şəxslər bölməyə aparılıb və İnzibati Xətalar Məcəlləsinə əsasən barələrində protokol tərtib edilib.
Gəncə Şəhər Məhkəməsinin qərarı ilə Əjdər 18 sutkalıq inzibati həbs olunub. Atasının səhhəti isə nəzərə alınaraq onun barəsində həbslə bağlı olmayan tədbir görülüb./qafqazinfo
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












