Həyat yoldaşı və iki qızını itirən atanın sözləri ürək dağladı: “Məni tək qoydun...”

Türkiyənin Giresun vilayətinin Görele rayonunda güclü yağışın səbəb olduğu sel faciəsi nəticəsində bir ailənin üç üzvü həyatını itirib.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə rayonun Sis Dağı ərazisində baş verib. Qəfil başlayan leysan yağışdan sonra Zıva çayında suyun səviyyəsi sürətlə yüksəlib. Həmin vaxt çay kənarında piknik edən Kırca ailəsi sel sularının arasında qalıb.
İlkin məlumata görə, ailənin başçısı Mehmet Kırca sel sularına düşüb. Həyat yoldaşı Zekiye Kırca qızları Burcu və Burçin onu xilas etmək üçün suya giriblər. Mehmet Kırca öz imkanları ilə sahilə çıxmağı bacarsa da, həyat yoldaşı və iki qızı sel sularına qapılaraq gözdən itib.
Hadisədən sonra əraziyə AFAD, polis və kənd sakinlərindən ibarət təxminən 80 nəfərlik axtarış-xilasetmə qrupu cəlb olunub. Axtarışlar həm havadan, həm də qurudan aparılıb.
İlk olaraq Burcu Kırcanın cansız bədəni aşkarlanıb. Daha sonra digər qızı Burçin Kırcanın cəsədi hadisə yerindən təxminən 25 kilometr uzaqda tapılıb. Ana Zekiye Kırcanın da həyatını itirdiyi müəyyənləşdirilib.
Faciə zamanı həyat yoldaşını və iki qızını itirən Mehmet Kırcanın sözləri isə ürəkdağlayıb.
"Qızlarım evimi görməyə gəlmişdilər. Dünən gəldilər, bu gün getdilər. 20 ildir gəlməmişdilər. Zekiye, uşaqlarını götürüb getdin, məni tək qoydun. Burçin qızım, sənə ev tikmişdim. ‘Evin gözəl olub, burada qalacağam’ deyirdin...” – deyə acılı ata bildirib./AZXEBER.COM


"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












