Heydər Əliyev prospektində təhlükəli asfalt motosikletçiləri riskə atır - VİDEO

Paytaxtın Heydər Əliyev prospektində yolun asfalt örtüyünün vəziyyəti motosiklet sürücüləri üçün təhlükə yaradır.
Avtosfer.az xəbər verir ki, bununla bağlı ərazidən keçən motosiklet sürücülərindən biri sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, bir neçə il əvvəl həmin ərazidə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yola qır dağılıb. Daha sonra qır təmizlənsə də, asfalt örtüyü əvvəlki vəziyyətinə qaytarılmayıb.
Kadrlardan görünür ki, yolun hərəkət hissəsində şaquli xətlər şəklində nahamar qır qatları əmələ gəlib. Bu isə xüsusilə motosiklet sürücülərinin hərəkətini çətinləşdirir və qəza riskini artırır.
Şikayətçi bildirir ki, problemin olduğu hissə döngəyə yaxın olduğundan motosikletin təkərləri həmin xətlərə ilişə bilir. Bu zaman sürəti kəskin azaltmaq da mümkün olmur. Çünki arxadan gələn nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət yarana bilər.
Moto sürücü aidiyyəti qurumlara müraciət edərək, yolun asfalt örtüyünün bərpası və problemin aradan qaldırılması üçün tədbir görülməsini xahiş edib.
Nərmin
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












