Heyvanları ildırım vurdu, istixanaları külək dağıtdı - FOTOLAR

Qeyri-sabit hava şəraiti qərb bölgəsində ciddi fəsadlara yol açıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün güclü külək və leysan yağışları ilə müşayiət olunan hava şəraiti Tovuzun bir neçə kəndində fəsadsız ötüşməyib.
Belə ki, rayonun Bayramlı kəndində vətəndaşa məxsus iki iribuynuzlu heyvanı ildırım vuraraq tələf edib, fərdi təsərrüfata ciddi ziyan dəyib.
Şəmkirin Sabirkənd kəndində isə uzun müddət davam edən güclü külək istixanalara və fermalara ciddi zərər vurub. Bir neçə evin dam örtüyü və dəmir konstruksiyalı hasarlar aşıb. Güclü leysan yağışları nəticəsində ərazidə sel suları yaranıb, arxlar daşıb. Sel sularının evlərə dolması nəticəsində bir neçə sakinin ev quşlarını sel aparıb.
Hazırda bölgədə yağışla müşayiət olunan qeyri-sabit hava şəraiti davam edir.





Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












