Hövsanda yolun asfalt örtüyü ilə bağlı İDDİAYA RƏSMİ CAVAB - VİDEO

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yola çəkilən asfalt örtüyünün keyfiyyətsiz olduğu iddia edilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.
Görüntülərdə asfalt örtüyünün vəziyyəti əks olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli bildirib ki, iddia əsassızdır və küçədə təmir işləri yekunlaşmayıb.
"Qeyd olunan Elzar Yusifov küçəsində aparılan təmir işləri çərçivəsində mövcud asfalt-beton örtüyünün istismar nəticəsində yararsız vəziyyətə düşmüş üst aşınma qatı frezlənərək ərazidən kənarlaşdırılıb.
Avtomobil yollarının təmiri zamanı tətbiq olunan texnoloji ardıcıllığa uyğun olaraq, yeni aşınma qatının döşənməsindən əvvəl yol səthinin layihə göstəricilərinə uyğunlaşdırılması, mövcud nahamarlıqların aradan qaldırılması və tələb olunan eninə və uzununa maililiklərin təmin edilməsi məqsədilə hamarlayıcı asfalt-beton layı döşənir.
Hazırda ərazidə müşahidə olunan asfalt örtüyü yekun aşınma qatı deyil, məhz hamarlayıcı laydır. Növbəti mərhələdə bu layın üzərinə yolun ayrı-ayrı hissələrinin texniki vəziyyəti və layihə həllinə uyğun olaraq 5-7 sm qalınlığında aşınma qatı döşənəcək.
Bütün işlər təsdiq olunmuş layihə həlləri, qüvvədə olan tikinti norma və qaydalarının, eləcə də avtomobil yollarının təmiri üzrə texniki normaların tələblərinə uyğun mərhələli şəkildə həyata keçirilir. Yekun aşınma qatının döşənməsindən sonra yol örtüyünün tələb olunan hamarlığı, möhkəmliyi və istismar göstəriciləri tam təmin ediləcək", - deyə A.Nəcəfli vurğulayıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












