İcarəyə götürdüyü skuteri oğurladı, GPS-i sıradan çıxardı, 18 manata satdı

Bakıda icarəyə verilən skuteri oğurlayaraq metal qəbulu məntəqəsinə 18 manata satan şəxsə hökm oxunub.
Avtosfer.az xəbər verir ki, şirkətlərdən birinə məxsus skuter Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi 23P ünvanının yaxınlığında yoxa çıxıb.
Aparılan araşdırma zamanı məlum olub ki, 1990-cı ildə Bakı şəhərində anadan olmuş F.G. adlı şəxs azyaşlı oğlu ilə yaşadığı məhəllədə gəzərkən yolun kənarında şirkətə məxsus skuteri oğurlayıb.
O, oğurladığı skuteri evinə apararaq GPS sistemini sıradan çıxarıb. Lakin skuteri əvvəlki vəziyyətinə gətirdikdə işləmədiyini görüb və onu metal qəbulu məntəqəsinə 18 manata satıb.
F.G. Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə saxlanıldığı 2 gün çıxılmaqla, ona 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
F.G. cəza çəkdiyi müddətdə elektron qolbaqdan istifadə edəcək. (qaynarinfo)
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












