İki avtomobilin arasına girən moped sürücüsü təhlükəli anlar yaşadı - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində baş vermiş təhlükəli anlar kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 8-də səhər saatlarında qeydə alınıb. Görüntülərdən məlum olur ki, “BYD” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan sağa manevr edir. Həmin vaxt arxadan gələn moped sürücüsü qarşısındakı nəqliyyat vasitələrini ötmək məqsədilə iki avtomobilin arasından keçməyə çalışır.
Manevr zamanı mopedin təkəri əvvəlcə sağdakı avtomobilə, daha sonra isə soldakı nəqliyyat vasitəsinə dəyir. Nəticədə sürücü qısa müddətə idarəetməni itirsə də, qəza ciddi fəsadla nəticələnmir. Moped sürücüsü yıxılmadan hərəkətini davam etdirə bilir.
Qeyd edək ki, son dövrlər bəzi motosiklet və moped sürücülərinin zolaq qaydalarına əməl etmədən avtomobillərlə yanaşı, dar məsafədən hərəkət etməsi yollarda təhlükəli vəziyyət yaradır. Xüsusilə sıx nəqliyyat axını zamanı bu cür riskli manevrlər həm sürücülərin, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə hesab olunur.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












