İki can alan "zipline" barədə dəhşətli fakt üzə çıxdı - VİDEO YAYILDI

Şəki rayonunun Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzindəki “zipline”nin kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub.
Avtosfer.az xəbər verir ki, Ölkə.az-ın əldə etdiyi xəbərə görə, belə hadisələrdən biri avqustun 19-da baş verib.
Turistlər “zipline” miniblər. Lakin mənzil başına çatmadan yolda qalıblar. Onları istirahət mərkəzinin əməkdaşları xilas edib və “zipline”dən endirib.
Qeyd edək ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində “zipline”nin kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb.
Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu ölüb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












