İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI - YENİLƏNİB

İmişli rayonunu Qaralar kəndində fərdi yaşayış evində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında kənd sakini 1969-cu il təvəllüdlü Akif Mədət oğlu Abşova məxsus evdə qısaqapanma nəticəsində yanğın hadisəsi baş verib. Hadisə nəticəsində ev sahibi də yanıb ölüb.
Onun meyiti Fövqəladə Hallar Nazirliyinin İmişli Rayonu Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən aşkarlanıb.
Məlumata görə, A.Abşov tək yaşayırmış və revmatizm xəstəliyindən əziyyət çəkdiyindən hərəkət məhdudiyyətli olub.
Hadisə nəticəsində o, mənzili tərk etməyə çalışsa da, mümkün olmayıb.
***
İmişli rayonunu Qaralar kəndində fərdi yaşayış evi yanıb.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, kənd sakini Akif Mədət oğlu Abşova məxsus evdə baş verən yanğının söndürülməsinə İmişli Rayonu Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın lokallaşdırılıb. Hadisə zamanı ev sahibi də yanaraq ölüb. Onun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












