İran ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsini vurdu - FOTO - YENİLƏNİB

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “E-3 Sentry” təyyarəsinin martın 27-də Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan bazasına edilən raket və PUA hücumu zamanı zərər gördüyünü əks etdirdiyi iddia olunan yeni görüntülər yayılıb.
Avtosfer.azxəbər verir ki, görüntülərdə son həftələrdə həmin bazada yerləşdirilən “81-0005” bort nömrəli təyyarənin əks olunduğu ehtimal edilir.
Məlumata əsasən, hücumdan əvvəl ABŞ-ın istifadəyə hazır cəmi 16 belə təyyarəsi olub və onların operativ əvəzlənməsi çətin hesab olunur. The Wall Street Journal yazır ki, alternativ kimi göstərilən “Boeing E-7 Wedgetail” təyyarəsinin dəyəri təxminən 700 milyon dollar qiymətləndirilir.
Qeyd edək ki, “E-3 Sentry” hava məkanının uzaq məsafədən izlənməsi, raket və pilotsuz aparatların aşkarlanması, eləcə də əməliyyatların koordinasiyası üçün istifadə olunur.
***
Martın 27-də İranın Səudiyyə Ərəbistanında Şahzadə Sultan Hərbi Hava Bazasına raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbə nəticəsində ABŞ-a məxsus xüsusi kəşfiyyat təyyarəsi də zədələnib.
Avtosfer.az xəbər verir ki, bu barədə “The Wall Street” Journal Amerika və ərəb rəsmilərinə istinadən məlumat yayıb.
Cümə günü Şahzadə Sultan Hərbi Hava Bazası hücuma məruz qalıb. Nəticədə 12 amerikalı hərbi qulluqçu yaralanıb, bir neçə təyyarə, o cümlədən iki ədəd “GKC-135” yanacaqdoldurma təyyarəsi zədələnib.
Zədələnən təyyarələr arasında real vaxt rejimində döyüşlərdə uzaq məsafədən raketləri, pilotsuz aparatları və təyyarələri izləmək üçün istifadə olunan erkən xəbərdarlıq və idarəetmə sisteminə malik “E-3 Sentry” də olub.
“E-3 Sentry” hava əməliyyatlarının koordinasiyasında və yaxınlaşan təhlükələrə qarşı cavab tədbirlərinin idarə olunmasında mühüm rol oynayır. Bu, ABŞ-ın Fars körfəzində baş verənləri izləmək və situasiya məlumatlılığını qorumaq qabiliyyətini zəiflədir.
Qeyd olunub ki, bu tip təyyarələr ABŞ Ordusunda məhdud saydadır və onları əvəzləmək çətindir.

Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












